Almaniyanın Çinə birbaşa investisiyası rekord həddə çatıb

Almaniyanın Çinə birbaşa investisiyası 4,3 faiz artaraq rekord həddə – 12,7 milyard dollara çatıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Almaniya Mərkəzi Bankının məlumatlarına istinadən yazır.

Beləliklə, 2023-cü il üçün ümumi investisiya həcmi artaraq 10,3 faizə çatıb ki, bu da son on ilin ən yüksək göstəricisidir.

Eyni zamanda, Almaniya hakimiyyətinin dilemma ilə üzləşdiyi deyilir. Bir tərəfdən Berlin Pekinlə əlaqələrini azaltmağa çalışır, digər tərəfdən Çin ardıcıl olaraq səkkizinci ildir ki, Almaniyanın ən mühüm ticarət tərəfdaşı olaraq qalır.

Azpost.info

Əvvəlki məqalə

“Sülhməramlıların fəaliyyəti ilə bağlı Azərbaycanla təmaslara hazırlıq gedir”

Sonrakı məqalə

“Yalan məlumatdır, Putin elə söz deməyib”