Almaniyanın keçmiş kansleri Bundestaqı məhkəməyə verib- Şröder nə tələb edir?

Almaniyanın keçmiş kansleri Gerhard Şröder qismən ləğv edilmiş imtiyazlarının qaytarılması tələbi ilə Bundestaqı məhkəməyə verib.

Azpost.info xəbər verir ki, bu barədə “Tagesschau.de” məlumat yayıb.

78 yaşlı siyasətçi ona yenidən köhnə kansler kabinetinin və kadrların verilməsini tələb edir. İddianı onun vəkili Maykl Nagel də təsdiqləyib.

İddia ərizəsində bildirilir ki, Bundestaqın Büdcə Komitəsinin Şröderin Bundestaqdakı ofisini təchiz etmək və ofisini başqa yerə köçürmək üçün vəsaiti kəsmək qərarı qanunsuzdur.

Qeyd edək ki, keçmiş kansler Rusiya və prezident Vladimir Putinlə yaxın əlaqələrinə görə sərt tənqid olunur və bəzi imtiyazlardan məhrum edilməsi bu amillə bağlıdır.

Bu ilin mayında Avropa Parlamenti Şröderlə bağlı qətnamə qəbul etdi. Qətnamədə Şröderin Rusiyanın enerji şirkətlərinin, xüsusən də “Rosneft”in maraqları naminə fəaliyyət göstərməkdə davam etdiyi bildirilir, ona qarşı sanksiyaların tətbiqi təklif edilirdi.

Avqustun əvvəlində Moskvada səfərdə olan keçmiş kansler Putinlə də görüşmüş və Rusiya ilə əlaqələri davam etdirəcəyini açıq şəkildə bəyan etmişdi.

Azpost.info

Əvvəlki məqalə

“MİDA mənzil satışında hansı dəyişiklik edib? Bu barədə niyə məlumat vermir?” –

Sonrakı məqalə

Güzəştli kreditlərin 96,9 faizi sahibkarlıq subyektlərinə verilib