“MİDA mənzil satışında hansı dəyişiklik edib? Bu barədə niyə məlumat vermir?” –OSMAN GÜNDÜZ

“MİDA bu gün dərc olunan elanında indiyədək mövcud olan Qaydalarda hansısa dəyişiklik haqqında məlumat verməyib. Amma , DTX və MİDA-nın sonuncu mənzil satışı ilə bağlı məlumatından, sistemə qanunsuz müdaxilə səbəbindən bu satışın nəticələrinin ləğvindən sonra gözlənilirdi ki, “Güzəştli mənzil ” infromasiya sistemi və güzəştli mənzillərin seçim Qaydaları təkmilləşdiriləcək”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz MİDA-nın güzəştli mənzillərlə bağlı növbəti satış elanını şərh edərəkən bildirib.
Ekspertin sözlərinə görə, ölkənin kibertəhlükəsizlik və informasiya təhlükəsziliyi ekosistemindəki yeni normalara görə MİDA sistemi də kritik informasiya infrastrukturna daxil olan qurumlardan olacaq. Belə olan halda bu informasiya sisteminin də yenidən İT auditi gündəmə gəlməlidir: “Yeni satışdan öncə sistemin təhlükəsizliyinin və botlara, kənar müdaxilələrə qarşı daynıqlığının auditdən keçirilməsi, DEMO versiya ilə satış modulunun kodlarının tam dəyişdirilməsi, onlayn satış prosesini əks etdirən bütün datanın açıqlanması, ən tez və ən gec çeilən mənzillər haqqında ayrıca məlumatların verilməsi, satış prosesində şəffaflığın təmin edilməsi, satış prosesinin sosial mdiada və TV-də canlı yayımlanması və s. doğru olardı”.
O.Gündüz bildirib ki, hökumətin və MİDA-nın güzəştli mənzillərin alternativ, oflayn satış üsullarını təqdim etməlidir.
MİDA güzəştli mənzillərin satışı haqqında növbəti elan verib. İlk dəfə olaraq rekord sayda, 815 mənzilin onlayn formada satışa çıxarılacağı bildirilib.
Əvvəlki məqalə

Boris Consonun yerinə namizəd seçicilərlə görüşə cırıq ayaqqabıda gəldi

Sonrakı məqalə

Almaniyanın keçmiş kansleri Bundestaqı məhkəməyə verib