Səlim Müslümov dövlətə vurduğu 7 milyon manat ziyanı ödəyib

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dövlətə 13 milyon manatdan artıq ziyan dəyib.

APA-nın əldə etdiyi xəbərə görə, sabiq nazir həmin məbləğin 6 milyon 974 min manatını ödəyib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi qalan məbləğin də ödənilməsini istəyib.

Əvvəlki məqalə

Azərbaycanda daha 121 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Almaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb