Almaniyanın məşhur “Henkel” şirkəti Rusiya bazarını tərk edir

Almaniyanın məşhur “Henkel” şirkəti Rusiyadakı biznesini dayandırıb.

Azpost.info xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

“Ukraynada baş verən hadisələr fonunda “Henkel” Rusiyadakı fəaliyyətini dayandırmaq qərarına gəlib. “Henkel Rusiyanın Ukraynaya qarşı müharibəsini və günahsız mülki insanlara qarşı zorakılığı pisləyir. Bizim prioritetimiz Ukraynadakı həmkarlarımızı dəstəkləmək üçün əlimizdən gələni etməkdir”, – şirkətin baş direktoru Karsten Knobel bildirib.

“Henkel” şirkəti “Persil”, “Bref”, “Pril”, “Laska”, “Schwarzkopf”, “Syoss”, “Fa”, “Ceresit”, “Moment adhesives”, “Loctite” və s. kimi, məhsullar istehsal edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.