Almaniyanın qətlə görə axtarışa verdiyi kişi Bakıda saxlanılıb

18 Fevral 2020 - 16:12

Almaniya dövlətinin axtarışa verdiyi şəxs Azərbaycanda tutulub.

“Report” xəbər verir ki, Almaniya Cinayət Məcəlləsinin 211-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan 42 yaşlı Fuad Hacıyev Bakı şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.