“Bank Respublika”nın sahibinin oğlu gecə niyə qəfildən vəfat edib? –HADİSƏ

 

“Bank Respublika”nın sahibi Natiq Quliyevin 15 yaşlı oğlu qəfil dünyasını dəyişib.

Azpost.info “demokrat.az-a istinadən xəbər verir ki, bu gün gecə saatlarında Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün evə təcili tibbi yardım çağırılıb. Həkimlərin ilkin müdaxiləsi olsa da, gənci xilas etmək mümkün olmayıb.

Reportun məlumatına görə, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra anaflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb.

 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”ya bildirib ki, Təcili Tibbi Yardıma çağırış dünən axşam saatlarında gəlib:  

“Evdə uşağa təcili yardım gəlmədən antibiotik vurulub. Bu zaman uşaq anafilaktik şok keçirib. Yeniyetmənin 15 yaşı var”.

Bakının Məmməd Araz küçəsi 4 ünvanında – Azərbaycan Mətbuat Şurasının binası önünüdə Natiq Quliyevin oğlu ilə vida mərasimi keçirilib. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və digər bank rəhbərləri qatılıblar.   

2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.  

Qeyd edək ki, vəfat edən yeniyetmə “Bank Respublika”nın sahibi Natiq Quliyevin oğludur. N. Quliyev 2016-2017-ci illərdə Bank Respublikanın Müşahidə Şurasının sədri olub. 2017-ci ildən bankın Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Ordusu bu il qeyri-döyüş şəraitində 13 hərbçisini itirib

Sonrakı məqalə

Almaniyanın qətlə görə axtarışa verdiyi kişi Bakıda saxlanılıb