Almaniyanın sabiq Kansleri Olaf Şolts memuar yazır

Almaniyanın sabiq Kansleri Olaf Şolts memuarları üzərində işə başladığını açıqlayıb.

“Der Spiegel” jurnalının məlumatına görə, Olaf Şolts bu barədə Almaniya Tarix Muzeyləri İttifaqının təşkil etdiyi tədbirdə deyib.

Xatırladaq ki, Olaf Şolts 2021-ci ilin dekabrından 2025-ci ilin may ayınadək Almaniyanın Kansleri vəzifəsində çalışıb. O, bundan öncə Almaniya Sosial Demokrat Partiyasına başçılıq edib, Hamburq şəhərinin meri vəzifəsində çalışıb və Angela Merkelin hökumətlərində müxtəlif nazir postlarını tutub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.