Almanların qənaət üzrə çempion olmaları bir daha təsdiqlənib.
AzPost Der Spiegel nəşrinə istinadən bildirir ki, onların əlində 10 trilyon avro toplanıb.
Qəzet bu məlumatı DZ Bank bank qrupunun məlumatlarına istinadən yazır. Bu məbləğ özəl alman ev təsərrüfatlarının ümumi maliyyə aktivlərini təmsil edir. Sərvətin əsas hissəsi fond bazarına qoyulan investisiyalardan və banklardakı əmanət hesablarından ibarətdir.
Almanların qənaətcilliyi və “qara gün üçün pul yığmaq” istəyi məlum bir stereotipdir. Federal Statistika İdarəsinin məlumatına görə, bunun həqiqət payı var. Agentliyin hesablamalarına görə, ilin birinci yarısında orta statistik alman gəlirlərinin hər 100 avrosu üçün təxminən 10,30 avro qənaət edib. Lakin 2024-cü ildə almanlar bir qədər daha çox – hər 100 avro üçün orta hesabla 11,40 avro qənaət ediblər.
DZ Bank iqtisadçısı qeyd edir ki, almanlar əmanətlərinin əksəriyyətini investisiya qoymaqdansa, əmanət hesablarında saxlamağa üstünlük verirlər. Bu cür əmanətlər üzrə aşağı faiz dərəcələri insanları daha çox mənfəət əldə etmək imkanından məhrum edir və onlar həmçinin ölkə iqtisadiyyatına investisiyalarda olduğu kimi müsbət təsir göstərmir.