“Alpinist” oğruların soyduğu evlərdən biri sabiq baş infeksionist Cəlal İsayevin olub –

72 min dollar və 20 min dollarıq qızıl oğurlanıb (FOTO)
21 May 2021 - 10:47

Ötən gün paytaxtda iki milyonluq oğurluq edilən evlərdən biri Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayevə məxsus olub.

Qafqazinfo-nun məlumatına görə, oğrular C.İsayevin evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb.

Cəlal İsayev Oxu.az-a açıqlamasında bildirib ki, məsələ barədə istintaq aparılır:

“Mən heç nə deyə bilmərəm. Polis istintaq aparır”