Aprelin 16-sı paytaxtın Yasamal rayonunda baş verən dəhşətli qətl hadisəsinin bəzi detalları məlum olub.
Amansızlıqla qətlə yetirilən Xumar Məmmədovanın iş yerindən ailəsinə zəng edib onun işə getmədiyi barədə məlumat veriblər.
Bundan sonra X.Məmmədovanın qardaşı onun evinə gedərək cansız bədənini aşkar edib.
Qətli törədən ər-Bürhan İlham oğlu Məmmədov isə axşam saatlarına qədər qaçıb gizlənib, günün sonunda yaşadığı binanın digər blokunun 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.
Binanın komendantının sözlərinə görə, cütlük 5-6 ay əvvəl ailə qurubmuş:
“Beş-altı ay idi evlənmişdilər, burada qalırdılar. Normal və sakit ailə idilər. Heç bir problemləri də yox idi. Nə səbəbə baş verib bilmirik. Xanım işə getməyib. İş yerindən ata-anasına zəng ediblər. Qardaşı da gələrək qapını qırıb görüb ki, bacısı ölmüş vəziyyətdədir”.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı BakuTV-nin süjetində: