Altı ayda 3 milyon dollar dəyərində çay ixrac olunub

Bu ilin yanvar-iyun aylarında 334 ton çay ixrac edilib.

Dövlət Gömrük Komitəsi  xəbər verir ki, ixrac edilən çayın dəyəri 3 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 6,2 milyon dollar olmaqla 1081 ton çay ixrac edilmişdi.

Hesabat dövründə 20,2 min ton şəkər tozu ixracı həyata keçirilib. İxrac edilən şəkər tozunun dəyəri 14,7 milyon dollar olub. Ötən ilin eyni dövründə məbləği 9,6 milyon dollar olan 14,9 min ton şəkər tozu ixrac olunmuşdu.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.