Altı ayda neftdən ölkəmizə 4 milyard dollar gəlir gəlib –RƏSMİ

Bu ilin yanvar-iyul aylarında (01.01.2023-01.08.2023 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 4 158 mln. ABŞ dolları təşkil edib. 

Bu barədə ARDNF-dən Azpost.info-ya məlumat verilib.

Həmin dövr ərzində Şahdəniz yatağından (qaz və kondensat) – (01.01.2023-01.08.2023 tarixinə): 1 141 mln. ABŞ dollar gəlir əldə edilib.

Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2023-01.08.2023 tarixinə): 259,553 mln. ABŞ dolları olub.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%.

2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.