Altı ayda Qarabağda tapılan mina və partlayıcıların sayı açıqlandı –

Rusiya Müdafiə Nazirliyi
14 May 2021 - 11:20

23 noyabr 2020-ci ildən bu günə qədər Qarabağda 2115 hektar ərazi, 656 kilomet yol minalardan təmizlənib. 25 min 611 partlayıcı qurğu zərərsizləşdirilib.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bugünkü açıqlamasında deyilir.

Sülhməramlı qüvvələrin şəxsi heyəti partlayıcıların zərərsizləşdirilməsi üzrə işi davam etdirir. Məlumatda qeyd olunur ki, “Ballıca” xüsusi poliqonunda hər gün 120 partlayıcı maddə məhv edilir. Onların içində minalar və müxtəlif kalibrli artilleriya mərmiləri yer alır.

Bu yaxınlarda məhv edilmiş hərbi sursatlar Ağdərə rayonununda tapılan sursatlar olub.