Azərbaycanla Ermənistan arasında 6 saatlıq danışıqların başa çatdığı bildirilir –Qaragöl gərginliyi

Ermənistanın Zəngəzur vilayətinin sərhədyanı Xndzoresk kəndində aparılan danışıqlar ötən gün gecə saatlarında başa çatıb.

Azpost.info bildirir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

6 saatdan çox davam edən danışıqlarda erməni tərəfindən Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri, habelə yüksək rütbəli Rusiya hərbçiləri iştirak ediblər.

Digər təfərrüatlar açıqlanmır.

 Sünik qubernatoru Melikset Poqosyan təkcə danışıqların aparılması faktını təsdiq etməklə kifayətlənib.

Hazırda mübahisə və gərginlik predmetinə çevrilmiş, yüksək dağlıq ərazilərdə, İşıqlı dağında, dəniz səviyyəsindən 2658 metr yüksəklikdə yerləşən Qaragöl gölünü də əhatə edən ərazilər əslində Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə yaradılan Qaragöl Dövlət Qoruğunun ərazisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə naziri azad olunmuş ərazilərə getdi

Sonrakı məqalə

Altı ayda Qarabağda tapılan mina və partlayıcıların sayı açıqlandı –