Altı ayda təbii və texnogen mənşəli hadisələr nəticəsində həlak olanların sayı açıqlanıb

27 İyul 2021 - 09:30

Bu il Azərbaycanda 6660 təbii və texnogen mənşəli hadisə baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin 2021-ci ilin I yarımilliyi üzrə statistik məlumatında qeyd olunub.

Bildirilib ki, bu göstərici 2020-ci ilin I yarımilliyi ilə müqayisədə 1613 hadisə və ya 19% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 129 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 31 nəfər xilas edilib, 296 nəfər təxliyə olunub.