Bu il Azərbaycanda 6660 təbii və texnogen mənşəli hadisə baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin 2021-ci ilin I yarımilliyi üzrə statistik məlumatında qeyd olunub.
Bildirilib ki, bu göstərici 2020-ci ilin I yarımilliyi ilə müqayisədə 1613 hadisə və ya 19% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 129 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 31 nəfər xilas edilib, 296 nəfər təxliyə olunub.