Bu gün altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə qış tətili başa çatıb.
APA-nın məlumatına görə, beş günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür.
Qeyd edək ki, yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayıb. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.
Proqramda cari ildə əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə ümumrespublika yarışlarının təşkili, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onlara bərabər imkanların yaradılması ilə bağlı layihələrin dəstəklənməsi və s. də yer alıb. Bu layihələrə sağlamlıq imkanları məhdud uşaqların xüsusi proqramlarla idman, incəsənət və xalq sənəti növlərini öyrənmələrinə yardım edilməsi, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin göstərilməsi və s. daxildir.