“Altılıq platforması”nın iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, iclasda Azərbaycanı X. Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Qeyd edək ki, sabah Moskvada “altılıq platforması”nın (“3+3”) ilk iclası keçiriləcək.