Alyaskada “ən kök ayı” müsabiqəsi başlayıb

ABŞ-ın Alyaska ştatında yerləşən “Katmay” qoruğu ənənəvi “ən kök ayı” müsabiqəsinin start götürdüyünü elan edib.

AzPost.az xəbər verir ki, tədbirin əsas məqsədi ayıların qış yuxusuna hazırlaşma prosesini izləmək və təbiətə diqqəti artırmaqdır.

Müsabiqə hər il payız mövsümündə keçirilir. Bu dövrdə ayılar balıq və digər qidalarla daha çox qidalanaraq sürətlə çəki yığır və soyuq aylarda uzunmüddətli yuxuya hazırlaşırlar. “Katmay” qoruğunun məlumatına görə, builki yarışda 11 ayı iştirak edəcək.

Qoruq nümayəndələri bildiriblər ki, müsabiqə təkcə turistlər üçün maraqlı şou deyil, həm də ekoloji maarifləndirmə məqsədi daşıyır. İnsanlar onlayn səsvermə yolu ilə ən kök ayını seçə biləcəklər. Səsvermənin nəticələri yaxın günlərdə açıqlanacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.