“Amazon” 30 minə yaxın işçini ixtisar etməyə hazırlaşır

Amazon
Amazon

Amerikanın “Amazon” şirkəti 30 minədək əməkdaşını ixtisar etməyə hazırlaşır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, bu, 2022-ci ildən bəri korporasiyada baş verən ən böyük ixtisar dalğası olacaq. Sonuncu dəfə 3 il əvvəl “Amazon” 27 min nəfəri işdən azad etmişdi.

Kütləvi ixtisarların bu həftədən başlanacağı gözlənilir.

İxtisarlardan əsasən korporasiyanın bir neçə şöbəsi təsirlənəcək. Söhbət ilk növbədə kadrlar şöbəsi, əməliyyat şöbəsi, cihaz və xidmətlərin hazırlanması bölməsi, eləcə də “Amazon Web Services” bölməsindən gedir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.