“Amazon”un sahibi Trampa kömək etməyə hazır olduğunu deyib

“Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu və dünyanın ən varlı adamlarından biri Cef Bezos ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa hökumətin tənzimlənməsi probleminin həllində kömək etməyə hazırdır.

Azpost.info xəbər verir ki, bu barədə Bezos özü bildirib.

“Əgər biz Trampdan danışırıqsa, gələcəyə nikbin baxıram. O, enerji ilə dolu görünür. Əgər bacararamsa, ona kömək edəcəyəm”, – iş adamı deyib.

Seçkilərdə qalib gəldikdən sonra Tramp yeni administrasiyasında hökumətin səmərəlilik nazirliyinə sahibkarlar Elon Mask və Vivek Ramasvaminin rəhbərlik edəcəklərini açıqlamışdı. Yeni qurumun əsas vəzifələri arasında Tramp hökumət bürokratiyasından qurtulmağı, israfçı xərcləri azaltmağı və federal qurumların yenidən qurulmasını göstərib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.