AMEA-da yeni təyinatlar olub

16 İyul 2020 - 18:25

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Müvafiq qərarla kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə AMEA prezidentinin köməkçisi, Coşqun Məmmədov AMEA-nın birinci vitse-prezidentinin xidmətində elmi katib, texnika elmləri doktoru Qəmbər Quliyev isə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun texnologiyalar üzrə direktor müavini təyin ediliblər.