Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

AMEA Gəncəsər qalmaqalına sərt reaksiya verdi-

User 18 Sentyabr 2026 - 20:23 (Last updated: 18 Sentyabr 2026 - 20:23)
genceser

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqalla bağlı bəyanat yayıb.

Bəyanatda son günlər Ermənistanda Azərbaycanın Qarabağ ərazisində yerləşən Qafqaz Albaniyası abidələri, xüsusilə Gəncəsər monastırı ilə bağlı məqsədyönlü kampaniya aparıldığı bildirilib.

AMEA əməkdaşları bəyan edib ki, bu kampaniya “tarixi-elmi reallıqlarla heç bir əlaqəsi olmayan sensasiya yaratmaq cəhdindən” ibarətdir.

Bəyanatda Gəncəsər monastır kompleksinin Qafqaz Albaniyasına məxsus tarixi abidə olduğu bildirilir və bunun tarixi-arxeoloji faktlarla sübuta yetirildiyi vurğulanır.

AMEA əməkdaşları qeyd edirlər ki, Gəncəsər Qafqaz Albaniyasının tarixi coğrafi ərazisində yerləşir. Bəyanatda XII-XIII əsrlərdə həmin ərazidə Alban-Xaçın knyazlığının mövcud olduğu, onun hökmdarının isə Həsən Cəlal olduğu vurğulanır. Bəyanata görə, Həsən Cəlal Mehranilər sülaləsinə mənsub olub və dövrün mənbələrində “knyazlar knyazı”, “Xaçın ölkəsinin knyazı”, “Albaniyanın çarı” kimi titullarla təqdim edilib.

AMEA əməkdaşları Həsən Cəlalın hakimiyyəti dövründə bölgədə iqtisadi, siyasi və mədəni tərəqqinin baş verdiyini, bu dövrün “Alban renessansı” kimi xarakterizə edildiyini bildirirlər. Gəncəsər monastırının da həmin dövrün memarlıq nümunələrindən biri olduğu qeyd olunur.

Bəyanatda monastırda istifadə olunan bərabərtərəfli xaç işarəsinə də diqqət çəkilir. AMEA-nın mövqeyinə görə, bu işarə albanların möhürü funksiyasını daşıyıb. Monastırın yerli inşaat materiallarından tikildiyi və kompleksdəki epiqrafik yazıların albanlara məxsus olduğu da bəyanatda vurğulanır.

AMEA əməkdaşları həmçinin bildirirlər ki, Gəncəsər monastırının epiqrafik mətnləri ilə bağlı 1919-cu ildə Petroqradda nəşr olunan kitabda abidələrin albanlara məxsusluğu təsdiqlənib.

Bəyanatda Gəncəsərin sovet dövründə və sonrakı işğal illərində “erməniləşdirilməsi” istiqamətində tədbirlər görüldüyü iddia olunur. Bildirilir ki, bəzi epiqrafik abidələr məhv edilib və ya Ermənistana aparılıb, onların yerinə dəyişdirilmiş mətnlər yerləşdirilib.

AMEA əməkdaşlarının iddiasına görə, monastırdakı bərabərtərəfli xaç işarəsi də dəyişdirilib, alban katolikoslarına aid məzarların ilkin quruluşuna müdaxilə olunub. İşğal dövründə aparılan bərpa işlərində Ermənistandan gətirilən tikinti materiallarından istifadə edilməsi nəticəsində abidənin orijinal görünüşünə xələl gətirildiyi də bildirilir.

Bəyanatda qeyd olunur ki, xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri zamanı bu məsələlərin gündəmə gətirilməsi Ermənistanda narazılığa səbəb olub.

AMEA əməkdaşları hesab edirlər ki, Gəncəsər ətrafında Ermənistan tərəfindən qaldırılan qalmaqalın “elmi-tarixi əsası yoxdur” və bunun Azərbaycan dövlətinin irəli sürdüyü sülh gündəliyinə zərbə vurmaq məqsədi daşıdığı bildirilir.

Bəyanatda bu kampaniya Ermənistanın Azərbaycan mətbəxinə, milli-mənəvi dəyərlərinə və tarixi abidələrinə sahib çıxmaq siyasətinin davamı kimi qiymətləndirilir.

“Azərbaycan alimləri Gəncəsər monastırı ətrafında Ermənistanda məqsədyönlü olaraq qızışdırılan kampaniyanı qətiyyətlə pisləyir və erməni tərəfini süni və yalan təbliğata deyil, elmi həqiqətlərə obyektiv yanaşmağa çağırır”, – deyə bəyanatda bildirilir.

AzPost.az

Post navigation

Previous: 3 uşaq anasına qarşı zorakılıq kameraya düşdü
Next: Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşdü

Oxşar xəbərlər

Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
“Biz dəfələrlə bəyan etmişik ki, güc yolu ilə özümüzü müdafiə etməyə tam hazırıq. Eyni zamanda, danışıqlar vasitəsilə...
Read more about İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.