AMEA-ın iki İnstitutuna yeni direktor təyin olunub –3 vəzifəli şəxs işdən azad edilib

AMEA-da yeni təyinatlar olub.

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Radiasiya Problemləri İnstitutunun Elmi işlər üzrə direktor müavini Hökmən Mahmudov, Baş mühasib Şəfa Qasımzadə, Kadrlar İdarəsinin rəisi Lətifə Qocayeva vəzifələrindən azad olunublar.

Bundan başqa Arif Həşimov Fizika İnstitutunun baş direktoru, fizika üzrə elmlər doktoru Anar Rüstəmov institutun icraçı direktoru, akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, AMEA müxbir üzvü Əminağa Sadıqov isə icraçı direktor təyin edilib.

Radiasiya Problemləri İnstitutunun idarəçiliyi muvəqqəti olaraq AMEA-nın Akademik katibi Adil Qəribova tapşırılıb.

Qeyd edək ki, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Maliyyə Nazirliyi cəbhə bölgəsində olan hərbçilərin maaşlarının azaldılmasına aydınlıq gətirdi

Sonrakı məqalə

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub