AMEA-nın sabiq prezidentinin rəhbəri olduğu institut ləğv edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında” qərar verib.

AzPost bildirir ki, Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu yaradılıb.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutunun baş direktoru AMEA-nın sabiq prezidenti Akif Əlizadədir. 91 yaşlı geologiya-mineralogiya elmləri doktoru, akademik A.Əlizadə 2013-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

O, Qafqazın təbaşir hövzələrinin bio-geokimyəvi rayonlaşdırılması metodlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparıb.

Geologiya İnstitutu 1926-cı ildə Azərbaycanın öyrənilməsi və tədqiqi cəmiyyəti adı altına yaradılıb.

2003-cü ildə Geologiya İnstitutunun və Dərin Neft-qaz yataqlarının problemləri institutlarının bazası üstündə AMEA Geologiya İnstitutu yaranıb. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Geologiya İnstitutu AMEA-nın Geologiya və Geofizika İnstitutu adlandırılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.