AMEA Qarabağda tədqiqat işlərinə başlayıb

“”AzərEnerji” ASC ilə birlikdə Dağlıq Qarabağ və ətraf rayonların bərpa olunan enerji mənbələrinin qiymətləndirilməsi üzrə tədqiqat işlərinə başlanılıb”.

Bunu AMEA-nın Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının onlayn iclasında deyib.

İclasda qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin kompleks şəkildə bərpası üçün elmi tədqiqatların aparılması, o cümlədən əkin sahələrinin peyk verilənlərinə görə monitorinq sistemlərinin işlənilməsi, ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi, radiasiya fon durumunun tədqiqi, logistika layihələrinin modelləşdirilməsi, Elektron Qarabağ konsepsiyasının işlənilməsi və reallaşdırılması, eləcə də onlayn platformada Qarabağ ensiklopediyasının hazırlanması işlərinə elmi-metodoloji dəstəyin təmin edilməsi məsələləri və bu kimi digər mühüm vəzifələri qoyur.

Bildirilib ki, FRTEB-in elmi müəssisələrin yeni strukturları bu gün üçün aktuallığını itirən elmi problemlərdən imtina olunması, müasir və aktual elmi istiqamətlərə uyğun strukturların yaradılmasını zəruri edib. Aparılan geniş müzakirələrdən sonra FRTEB-in elmi müəssisələrinin yeni strukturları təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

Həmçinin FRTEB-in Elmi şuralarının yeni tərkibini təsdiq ediblər. FRTEB-in Ümumi Yığıncağı, həmçinin bir sıra kadr məsələsi ilə bağlı müvafiq qərarlar qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələləri müzakirə edilib

Sonrakı məqalə

ABŞ Senatı Donald Trampın impiçmenti üzrə dinləmələri davam etdirir