ABŞ Senatı Donald Trampın impiçmenti üzrə dinləmələri davam etdirir

ABŞ Senatı ölkənin sabiq Prezidenti Donald Trampın impiçmenti üzrə dinləmələri bərpa edib.

AZƏRTAC ABŞ telekanallarına istinadla xəbər verir ki, prosesdə iştirak edən tərəflər artıq öz mövqelərini ortaya qoyublar. Onlar şənbə günü yekun çıxışlarını edəcəklər. CNN telekanalının hesablamalarına görə, impiçment üzrə final səsverməsinin yerli vaxtla 15:00-da (Bakı vaxtı ilə 00:00) başlağacağı gözlənilir.

Donald Tramp qiyama təhrikdə ittiham edilir. Yanvarın 6-da onun tərəfdarları Kapitoli binasına soxularaq Cozef Baydenin qələbə qazandığı prezident seçkilərinin nəticələrinin təsdiqinə müvəqqəti mane olublar.

Qeyd edək ki, Donald Trampın impiçmenti üçün 100 senatorun 67-nin səsi lazımdır, lakin hələlik buna nail olunmayıb.

Tramp ABŞ tarixində Konqresin aşağı palatası tərəfindən haqqında iki impiçment qərarı çıxarılmış ilk prezidentdir. Analitiklərin əksəriyyətinin fikrincə, sabiq dövlət başçısı bu dəfə də bəraət qazanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AMEA Qarabağda tədqiqat işlərinə başlayıb

Sonrakı məqalə

Yaponiyada 7 bal gücündə zəlzələ baş verib –