Amerikalı astronavt Suni Uilyams rekorda imza atıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Kosmik Stansiyan (ISS) məlumat yayıb. Məlumata görə, o, 62 saat 6 dəqiqə ilə kosmosda ən uzun müddət gəzən qadın astronavt olub.
Bildirilib ki, uzun müddətdir kosmosdan qayıda bilməyən NASA astronavtları Uilyams və Buç Uilmor stansiyanın avadanlıqlarını qorumaq, “Destiny” laboratoriyası ilə Quest hava kilidindən analiz üçün səth materialı nümunələrini toplamaq üçün 5 saat 26 dəqiqə kosmosda gəzib.
Bununla da Uilyamsın kosmosda səyahət müddəti 62 saat 6 dəqiqəyə çatıb.
Qeyd edək ki, ötən ilin iyununda “Boeing-in Starliner” kosmik gəmisində Beynəlxalq Kosmik Stansiyaya (BKS) 10 günlük səyahətə çıxan iki astronavt NASA-nın geri dönüş uçuşunu gecikdirməsindən sonra kosmosda uzun müddət yaşamağa məcbur olublar.
NASA BKS-də növbəti ekipaj dəyişikliyinin ən tez 2025-ci ilin mart ayının sonunda baş verəcəyini açıqlayıb.