“Amnistiya qərarı indiyədək 1300-dək şəxsə şamil olunub” –Nazir Fikrət Məmmədov

Zəfər Gününün birinci ildönümü ərəfəsində dövlətimizin başçısının təşəbbüsü ilə Milli Məclisdə qəbul edilmiş  “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya Qərarı indiyədək 1300-dək şəxsə şamil olunub.

Azpost.info bildirir ki,  bu fikirləri Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov AZƏRTAC-da yayımlanan məqaləsində qeyd edib.

Nazir yazıb ki, elə ilk gündən amnistiyanın tətbiqinə başlanıb.

F. Məmmədov qeyd edib ki, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlər çərçivəsində dövlət başçısının təşəbbüsü ilə son illər ərzində cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək bir çox əməllər dekriminallaşdırılıb, azadlıqdan məhrum etməyə alternativ cəzalar müəyyən edilib, bəzi cəzalar yüngülləşdirilib, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub.

Bu dəyişikliklər nəticəsində 2200 məhkum cəzadan tamamilə azad edilib, 3500 məhkumun isə cəza müddəti azaldılıb.

Pandemiya başlanandan dərhal sonra risk qrupuna daxil olan yaşı 65-dən yuxarı məhkumların tam əksəriyyəti ötən il Azərbaycan Prezidenti tərəfindən əfv olunub. Eyni zamanda, 1500 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri dəyişdirilib. Bu il Novruz bayramı ərəfəsində imzalanmış əfv Sərəncamı isə daha genişliyi ilə fərqlənərək 625 nəfərə şamil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanın atdığı addımlar Britaniyanın prioritetləri ilə üst-üstə düşür” –

Sonrakı məqalə

Prezident İlham Əliyev və İran prezidenti Rəisi Aşqabadda görüşə bilər –