Prezident İlham Əliyev və İran prezidenti Rəisi Aşqabadda görüşə bilər –NOYABRIN 28-DƏ

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Rəisi noyabrın 28-də Türkmənistanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammiti çərçivəsində görüşə bilər.

Azpost.info bildirir ki, bu barədə İranın XİN-nin mətbuat katibi Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Sammitdə qonşu kimi iki ölkənin rəsmi şəxslərinin ikitərəfli və çoxtərəfli əsasda görüşü təbiidir. Cənab İlham Əliyevin və doktor Rəisinin görüşü bu konteksdə görüşü mümkündür”-deyə o vurğulayıb.

Xətibzadə bu günlərdə İrana səfər etmiş Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin səfərini xatırladıb və bu səfər nəticəsində iki ölkə arasında münasibətlərin yeni fazaya keçdiyini vurğulayıb.

Xatırladaq ki, bu, iki ölkə arasında bu yaxınlarda baş vermiş anlaşılmazlıqdan sonra yüksəkrütbəli Azərbaycan rəsmisinin ilk səfəri olub.

İƏT sammitinin noyabrın 28-də Türkmənistan paytaxtı Aşqabad şəhərində keçirilməsi nəzərdə tutulub.

İƏT təşkilatına hazırda 10 ölkə daxildir: İran, Pakistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Əfqanıstan.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Amnistiya qərarı indiyədək 1300-dək şəxsə şamil olunub” –

Sonrakı məqalə

Sülhə aparan ən qısa yol