Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Ana Kür” İctimai Birliyi regionda yaşıl düşüncənin təbliğinə başladı –

User 17 May 2024 - 12:38 (Last updated: 21 May 2025 - 20:15)
ce01

Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Yaşıl düşüncənin yerlərdə təşviqi “layihəsinin icrasına start verib.

Bu münasibətlə Salyan rayonunun Uşaq-Gənclər İnkişaf Mərkəzində təqdimat  mərasimi keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, YAP rayon təşkilatının məsul nümayəndələri, RİH yanında ictimai Şura üzvləri, rayonda fəaliyyət göstərən qeyri –hökumət təşkilatlarının rəhbərləri, yerli media təmsilçiləri, veteran ekoloqlar, şəhər sakinləri iştirak ediblər. Tədbirdə son dövrlər “Ana Kür” ictimai birliyi tərəfindən rayonda icra olunan ekoloji layihələrinə həsr olunan video rolikə baxış keçirilib. Təqdimatın gedişi ictimai birliyin rəsmi facebook səhfəsində canlı olaraq yayılıb.

İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov layihənin məram və məqsədlərindən danışmış layihə çərçivəsində görüləcək işlər, gözlənilən nəticələr barədə məlumat vermiş, iştirakçıları layihənin  fəaliyyət planı ilə tanış edib.

Tədbirdə Salyan Rayon İcra hakimiyyətinin məsul nümayəndəsi Məhərrəm Məmmədov, Şirvan Milli parkının direktoru Seymur Kərimov,  3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi aparıcı mütəxəssisi Gülhüseyn Ağayev, Rayon Ağsaqqallar Şurasının sədr müavini Məhəmməd Ağayev, Salyan Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, QMƏVŞİ ictimai birliyinin Salyan filialının sədri Arif Əsgərov, RİH yanında İctimai Şuranın üzvü Sevinc Bünyatova, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov, rayonun ”Qələbə”qəzetinin əməkdaşı Əzizağa Məmmədli veteran ekoloq Nadir Rüstəmov, şəhər sakini Vaqif İslamov və başqaları çıxış edərək icra olunacaq layihənin aktuallığından danışmış və bu istiqamətdə Azərbaycan Respublikasının istər yerli, istər regional, istərsə də beynəlxalq miqyasda iqlim dəyişikliklərinin doğurduğu fəsadların aradan qaldırılmasında təcrübəsindən danışıblar.

Qeyd edilib ki, BMT-nin İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası- COP29 kimi mötəbər tədbirin ölkəmizin ev sahibliyi etməsi cəmiyyətimizdə “Yaşıl düşüncənin” formalaşmasına, vətəndaşlarımızı “yaşıl həyat” tərzi keçirməyə sövq edəcəkdir. Ölkəmizin “yaşıl gündəliyində” qarşıdakı illərdə görüləsi işlər, həyata keçirəcəyi layihələr çoxdur. Azərbaycan neft ixrac edən ölkədən, yaşıl iqtisadiyyata keçid etməklə yaşıl enerji ixracatçısına çevrilməkdədir. Azərbaycanın enerji istehsalının qoyuluş həcmində bərpa olunan enerji resursları olan günəş, külək, su və mənbələrin payı 2030-cü ildə 30 faizə çatdırılacaqdır.

Tədbirdə layihənin ideyalarının daha çox benifisarlar arasında yayılması üçün həyata keçirilən maarifləndirici və praktik işlərdən və gözlənilən nəticələrdən danışılıb. Layihənin icrası müddətində Kür çay boyu ərazilərdə yerləşən məktəblərdə dəyirmi masalar keçirməklə yanaşı müxtəlif ekoloji tədbirlərə dəstək verilməsi, ərazilərdə iməciliklərin keçirilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi, tullantılara qarşı iməciliklərin keçirilməsi nəzərdə tutulub.

Vurğulanıb ki, yaşıl düşüncənin yerlərdə təşviqində vətəndaş cəmiyyəti təmsilçilərinin gücündən, o cümlədən yaşlı nəslin həyat təcrübəsindən də bəhrələnmək olar.

 

Post navigation

Previous: “Rusiya ordusu Xarkov istiqamətində müdafiə xəttini yara bilməyib” –
Next: Dörd ayda DSMF-in xərcləri 267 milyon manat artıb

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.