Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Analitik təfəkkürün inkişafına dair seminar keçirilib

User 22 İyul 2025 - 17:38 (Last updated: 23 İyul 2025 - 10:40)
an01

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi,  Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə 21 iyul 2025-ci il tarixində Bakı şəhərində “Tənqidi oxu”- analitik təfəkkürün inkişafına dair təşəbbüslər qrant layihəsinin seminar proqramı keçirilib.

Seminarda Raspublikanın müxtəlif təhsil ocaqlarından 20 pedoqoq iştirak edib. Seminarı layihə rəhbəri Gülmirə Müseyibova açaraq iştirakçıları və qonaqları salamlayıb, layihənin məqsədi haqqında məlumat verib, tədbirin işinə uğur arzulayıb.

Sumqayıt Dövlət Universitetinin baş müəllimi Aynurə Bağırova “Tənqidi oxu strategiyaları və analitik yanaşma metodları” mövzusundakı təlimində tənqidi oxu bacaıqlarının inkişafında istifadə edilən elmi-metodoloji yanaşmaları, onların üsul və nəticələrini seminar iştirakçılarının diqqətinə çatdırıb.

“Oxuyub -anlama bacarıqlarının inkişafı” mövzusunda təlim keçən “Yuvam” MMC-nin direktoru, pedaqoq Sevinc Atakişiyeva oxu vərdişlərinin aşılanması üsulları ilə yanaşı, uşaqlarda anlama bacarıqlarının formalaşdırılmasının da pedoqoji metodları ətrafında məlumatları diqqətə çatdırıb.
Disleksiya üzrə təlimçi İlahə İslamzadə uşaqlarda oxuyub-yazmaq və anlamaq çətinliklərinin yaranma səbəbləri, bu səbəblərin ortaya çıxarılması və mümkün olduğu halda aradan qaldırılması metodları və yolları barədə seminar iştirakçılarını məlumatlandırıb.

Seminar boyu layihənin ekspertləri, Reyhan Mənəfova və Elmira Ağayeva, təlim prosesini yaxından izləyərək keyfiyyət və effektivlik baxımından prosesi yüksək qiymətləndiriblər. Ekspertlər müəllimlərin fəallığını, mövzulara marağını və öyrənməyə olan motivasiyasını xüsusilə qeyd ediblər.

Geniş diskussiya şəraitində keçən seminarda iştirakçılara oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsinin yeni və müasir yanaşmaları, metodolgiyası və üsulları barədə ətraflı məlumatlar çatdırılıb.

Tədbirin sonunda Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov çıxış edərək, tədbirin yüksək səviyyədə keçməsindən məmnunluğunu ifadə edib, təlimçilərə və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib. Vurğulayıb ki, bu kimi maarifləndirici seminarların davamlı olaraq təşkil edilməsi nəzərdə tutulur. Belə seminarların təşkil edilməsində əsas məqsədin təhsil işçilərinin peşəkar inkişafına dəstək olmaq və onların müasir tədris meyarlarına uyğun hazırlığını təmin etmək olduğunu diqqətə çatdırıb.

O, layihə çərçivəsində iştirakçılar üçün xüsusi metodik vəsaitin çap ediləcəyini də nəzərə çatdırıb.
Qeyd edib ki, metodik vəsait müəllimlərə tədrisdə tənqidi oxu bacarıqlarının formalaşdırılması və şagirdlərdə oxuyub- anlama bacarıqlarının inkişaf etdirilməsi istiqamətində praktik dəstək göstərilməsi məqsədilə hazırlanıb.

Bununla yanaşı, seminarda iştirak edən müəllimlərə sertifikatların təqdim olunacağını da əlavə edib.

AzPost.az

Post navigation

Previous: Hərbi Prokurorluqda yüksək vəzifəyə təyinat
Next: Türkiyə ilə Naxçıvanı əlaqələndirən dəmiryolu layihəsi

Oxşar xəbərlər

çay
  • Katogriyasız

Çayla birlikdə bu 4 qidanı yeməyin – Həkimlərdən xəbərdarlıq

User 19 Noyabr 2026 - 09:40
rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.