“Anama qazandığım puldan heç vaxt veməmişəm…” –Tarantinodan maraqlı etiraf (FOTO)

“Oscar” mükafatı laureatı olan amerikalı rejissor, prodüser və aktyor Kventin Tarantino heç bir zaman qazandığı pulu anası ilə bölüşməyib.

Bu barədə ulduz “Page Six”ə verdiyi müsahibədə etiraf edib.

Aktyorun sözlərinə görə, yeniyetməlik dövründə yazıçılıq karyerası ilə bağlı anasının sözlərindən inciyib. Buna görə gələcəkdə məşhur olacağı təqdirdə heç bir zaman anasına pul verməyəcəyini vəd verib və bu günə qədər də sözünün üstündə durub.

O, ibtidai sinifdə ikən dərs zamanı ssenari yazmağa başladığını, lakin bunun ona müəllimlərlə problemlər yaratdığını deyib. Məşhur rejissorun sözlərinə görə, həmin vaxt müəllimləri onun hobbisini “üsyan” kimi qəbul edib.

Taratino ilk ciddi ssenarisini 12 yaşında yazdığını, anasının isə oğlunun bu işindən narazı olduğunu bildirib. Onun sözlərinə görə, məktəbdəki problemləri anasını narazı salıb.

“Mənə qışqırdı… Və uzun tiradasının ortasında dedi ki, bu hazırlaşdığın yazıçılıq karyeran bir zibil deyil”, – deyə rejissor xatırlayıb.

Bundan sonra yeniyetmə qisas üçün plan hazırlayıb: “Ona dedim ki, uğurlu bir yazıçı olanda, uğurumdan heç bir faiz ala bilməyəcəksən. Sənin üçün nə ev, nə tətil, nə də “Cadillac” olacaq. Heç bir şey almayacaqsan”.

Tarantinonun sözlərinə görə on illər sonra verdiyi sözə əməl edib. O, anasına yalnız bir dəfə – vergi orqanları ilə ciddi problemləri olanda kömək edib.

Kventin Tarantino fəaliyyəti dövründə “Oskar” mükafatı, “Qızıl Palma Budağı”, “Qızıl Qlobus”, həmçinin Britaniya kino və televiziya incəsənətləri akademiyasının mükafatlarını qazanıb. Anası Konni Makxyu yerli aborigen tayfalarından olsa da, Kventin Los-Ancelesdə böyüyüb. Onun karyerası 1990-ci illərdə müstəqil filmlərdən başlayıb. Çəkildiyi məşhur filmlər arasında “Quduz köpəklər” (1992), “Kriminal qiraət” (1994), “Şəfəqdən qüruba qədər” (1996) və “Billi öldürmək” (2003) var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dollar neçəyədir? –

Sonrakı məqalə

Dünən 2217 nəfər pasportu olmadığına görə toyda rəqs edə bilməyib