“Anamı evdə oturmağa zorla razı saldım” –Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski koronavirus epidemiyası ilə əlaqədar olaraq, anasını evdən çıxmağağa razı saldığını deyib və vətəndaşları öz ailə böyükləri arasında bu mövzuda təbliğat aparmağa çağırıb.

“HaberGlobal”ın məlumatına görə, bu barədə dövlət başçısı COVID-19 virusunun yayılması ilə əlaqədar xalqa müraciəti zamanı bildirib.

Onun sözlərinə görə, anası əvvəlcə bu fikrə soyuq yanaşıb, bazarlıq zamanı ən yaxşı meyvə-tərəvəzi ancaq özünün seçdiyini deyərək, evdə qalma təklifinə etiraz edib. Buna rəğmən Zelenski onu ən zəruri hallarda evdən çıxmağa razı sala bilib.

Prezident xalqa müraciəti zamanı vətəndaşları həmçinin yaşlı qohumları ilə tez-tez əlaqə saxlayıb halları ilə maraqlanmağa, onlara yardım etməyə və internetdən bazarlıq etməyi öyrətməyə çağırıb.

Son məlumatlara görə, Ukraynada üç nəfər koronavirusdan həyatını itirib. Yoluxanların sayı isə 41 nəfərə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mağaza və restoranda hesabın bir hissəsi müştəriyə qaytarılacaq –

Sonrakı məqalə

Nərimanov rayonunda dezinfeksiya tədbirləri aparılır –