Anası 6 yaşlı qızını 1800 manata satıb

Qız
Qız

Cənubi Afrikada ötən ilin fevralında itkin düşən 6 yaşlı qızın anası tərəfindən satıldığı məlum olub.

AzPost xəbər verir ki, Dailymail-in məlumatına görə, Racquel “Kelly” Smith adlı qadın qızını 800 funt-sterlinqə (təxminən 1800 manat) ənənəvi şəfaçıya satıb. Məhkəmə qadını insan alveri və adam oğurluğuna görə ömürlük həbsə məhkum edib.

Onun sevgilisi Jacquen Appollis və dostu Steveno van Rhyn də eyni cinayətə görə ittiham olunaraq cəza alıb. Məhkəmədə məlum olub ki, şəfaçı qızın dəri rəngi və gözlərinə görə onu almaq istəyib.

Kiçik Joshlin Smith ötən ilin fevralında yoxa çıxıb və indiyə qədər tapılmayıb. Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir. Rəsmi məlumata görə, hadisə yerində uşağa aid paltar və qan izləri aşkarlanıb.

Hüquq-mühafizə orqanları qızın axtarışını davam etdirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.