Anasının kartından pul oğurlayıb arvadına göndərən şəxs saxlanılıb

Həbs
Həbs

Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsaiti naməlum şəraitdə oğurlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılarkən zərərçəkənin mobil tətbiqi və kartına kibermüdaxilənin olmadığı müəyyən edilib. Bu hal isə oğurluğun zərərçəkənin ailə üzvlərindən birinin iştirakı ilə törədilyinə əsaslı şübhələr yaradıb.

Həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənin oğlu X.Əhmədov talama cinayətini törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun 4 ay ərzində anasının mobil telefonundan gizli şəkildə mobil bank tətbiqinə daxil olduğu, daha sonra hesabdakı pul vəsaitini həyat yoldaşına və özünə məxsus ayrı-ayrı kartlara köçürdüyü məlum olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.