“Ankara “Qəzza qəssabları”nın layiqli cəza alacağına ümid edir”- ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı üç minə yaxın hüquqşünasın, o cümlədən türkiyəlilərin Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırdığını bildirib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, Ankara Qəzzada soyqırım müəlliflərinin layiqli cəza alacağına ümid edir.

“3 minə yaxın vəkil lazımi ərizələri Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsin təqdim edib. Onların arasında İstanbuldan olan millət vəkilimiz Cüneyt Yüksel də var. Ümid edirik ki, cinayət başında yaxalanan bu “Qəzza qəssabları”, soyqırım müəllifləri, xüsusilə İsrailin baş naziri Binyamin Netanyahu lazımi cəzanı alacaq”, – Ərdoğan qeyd edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.