“Ankarada ABŞ-Rusiya danışıqları Vaşinqtonun təşəbbüsü ilə keçirilib”– Lavrovun müavini

“Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin Türkiyədə görüşü Amerika tərəfinin təşəbbüsü ilə keçirilib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı müzakirə olunan məsələlər həssas xarakter daşıyır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü açıqlamasında bildirib ki, Rusiya və ABŞ nümayəndələri Ankarada keçirilən görüşdə nüvə silahından istifadə etməmək barədə razılığa gəliblər.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Prezident Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisini qəbul edib –