Anti-Ukrayna çıxışıları ilə tanınan Rusiya yazıçısının maşını partladıldı –Ağır yaralandı

Rusiyalı yazıçı Zaxar Prilepinə sui-qəsd olub.

Prilepinə sui-qəsd cəhdi Nijni Novqorodda baş verib.

Yazıçının olduğu “Audi Q7” markalı avtomobil Nijeqorod vilayətinin Bor şəhərində hərəkətdə olan zaman partladılıb.

Nəticədə Prilepin ağır yaralanıb. Onun sürücüsü və mühafizəçisi Ukrayna vətəndaşı olan Aleksandr ölüb.

Məlum olub ki, Prilepin bu gün Donetskdən gəlirmiş. Avtomobildə onun qızının da olduğu, partlayışdan az əvvəl avtomobildən düşdüyü bildirilib.

Prilepinin vəziyyətinin ağır olduğu, hazırda partlayışın baş verdiyi ərazidə olduğu, həkimlərin onun təxliyəsi üçün helikopter gözlədiyi qeyd olunub.

Prilepinə sui-qəsdin məsuliyyətini “Ateş” təşkilatı öz üzerinə götürüb.

Dünən axşam Prilepin “Vanqer”i dəstəkləyən bəyanat vermişdi.

Prilepin Ukraynada müharibəni dəstəkləyirdi. Yazıçı anti-Ukrayna çıxışıları ilə tanınırdı.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.