Antidopinq Agentliyinin 110 min manatlıq tenderi niyə ləğv olundu?

Tender
Tender

Azərbaycan Milli Antidopinq Agentliyinin elan etdiyi tədbir xidmətləri üzrə tender baş tutmayıb. AzPost xəbər verir ki, 110 min altı yüz iyirmi beş manat dəyərində olan tenderin ləğvi barədə qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi verib.

Tenderin ləğv edilməsinə səbəb təklif və onun təminatını təqdim edən, həmçinin zəruri hallarda müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olmasıdır. Qanunvericiliyə əsasən, bu halda satınalma prosesi qüvvədən düşür.

Qeyd edək ki, ləğv olunan tender tədbirlərin təşkili və xidmətlərin göstərilməsini əhatə edirdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.