Antiterror tədbirlərində şəhid olan 6 hərbçinin kimliyi müəyyənləşib

Qarabağda lokal antiterror tədbirlərində şəhid olan 6 hərbçinin kimliyi müəyyənləşib.

Siyahıda 186 nəfərin adı yer alır. Əvvəlki siyahıda isə 180 hərbçinin adı vardı.

Antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısı

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.
Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.