Aparıcı şirkətlər və QHT-lər korporativ sosial məsuliyyəti müzakirə edib

Özəl sektorun KSM siyasətində QHT-lərin iştirakı: təcrübə və yanaşmalar” mövzusunda konfransda Azərbaycanda korporativ sosial məsuliyyət (KSM) üzrə milli təcrübənin inkişafı, şirkətlər və QHT-lər arasında daha səmərəli əməkdaşlıq mexanizmləri müzakirə edilib , tövsiyələr hazırlanıb.
Konfrans Azərbaycan Milli QHT Forumu (AMQF) İdarə Heyətinin üzvü “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB-in icra etdiyi “Milli korporativ sosial məsuliyyət (KSM) təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində 26 noyabr 2025-ci il tarixdə keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur.
Konfarnsda korporativ sosial məsuliyyət (KSM) sahəsində qabaqcıl təcrübəyə malik aparıcı şirkət, banklar, biznes assosasiyalar, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Sahibkarlar Konfederasiyasının, həmçinin QHT sektorundan müxətlif sahələr üzrə ixtisaslaşmış QHT təmsilçiləri iştirak ediblər.
“Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri, layihə rəhbəri Zaur İbrahimli şirkətlər və QHT nümayəndələrinin iştirakı ilə keçirilən iki ekspert müzakirəsinin yekunlarını təqdim edərək KSM siyasətində QHT-lərin rolunun sistemli şəkildə gücləndirilməsi üçün əsas istiqamətləri diqqətə çatdırıb.
KOBİA KOB Dostu Departamentinin müdir müavini Eldəniz Əmirov bildirib ki, KSM sadəcə xeyriyyəçilik və epizodik sosial aksiyalar deyil. Bu, biznesin idarəetmə fəlsəfəsinin ayrılmaz hissəsidir. Bu risklərin azaldılması, şirkət reputasiyasının qorunması, müştəri və icmalarla etibarlı münasibətlərin qurulması və insan kapitalının gücləndirilməsi kimi strateji hədəfləri özündə birləşdirən konsepsiyadır. KSM şirkətləri və QHT-ləri birləşdirən nöqtədir, hər iki tərəfin əməkdaşlığı ilə bu istiqamətdə ciddi irəliləyiş üçün potensial var.
“AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ariz Tarverdiyev, NAR İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Direktoru Hökumə Kərimova şirkətlərin KSM strategiyası, KSM-in idarə edilməsi, QHT-lərlə, icmalarla əməkdaşlıq, layihələrin monitorinqi və hesabatlılıq barədə təqdimatlar edbilər. QHT-lərlə əməkdaşlığın gücləndirilməsi, KSM layihələrinin hazırlanması və təqdim edilməsi, bu sahədə peşəkar yanaşma , gələcəyə baxış, KSM-in təkamülü barədə öz fikirlərini diqqətə çatdırdıblar və konkret nümunələr paylaşbılar, tövsiyyələr veriblər.
Layihə ekspertləri Əliməmməd Nuriyev, Əhməd Abbasbəyli QHT-lərin özəl sektorla KSM sahəsində əməkdaşlığının gücləndirilməsi, QHT-lər üçün əlçatanlığın təmin edilməsi, əməkdaşlığın institutsional mexanizmlərinin yaradılması ilə əlaqədar təklifləri diqqətə çatdırıblar.
Müzakirələrdə iştirakçılar KSM-də QHT iştirakının gücləndirilməsi üzrə təkliflər, şirkətlərin yanaşması, QHT-lərin baxışı ilə əlaqədar fikir mübadiləsi aparılıb. Yekunda əsas tövsiyələr ümumiləşdirilib və müzakirələrin şirkət-QHT görüşləri ilə davam etdirilməsinin vacibliyi qeyd edilib.
Layihə rəhbəri Zaur İbrahimli bildirib ki, layihə komandası aparılmış tədqiqatın nəticələrini və təklfiləri bütün maraqlı tərəflərə təqdim edəcək. AMQF isə şirkətlərlə- QHT-lərin əməkdaşlığının genişləndirilməsi üçün praktik addımlar atılması üzərində işini davam etdirəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.