Apple iOS 19-u təqdim etməyəcək: səbəbi açıqlandı

iOS 19
iOS 19

Apple bu il əməliyyat sistemlərinin dizaynında böyük yeniliklər və adlandırma strategiyasında dəyişiklik etməyə hazırlaşır. Şirkət ənənəvi versiya nömrələri əvəzinə buraxılış ilinə əsaslanan adlardan istifadə edəcək.

Bu barədə AzPost Apple xəbərləri üzrə ixtisaslaşan MacRumors saytına istinadən məlumat yayıb.

Beləliklə, istifadəçilər iOS 19 əvəzinə iOS 26 versiyasını alacaqlar. Eyni yanaşma digər platformalara da şamil olunacaq: iPadOS 26, macOS 26, tvOS 26, watchOS 26 və visionOS 26 təqdim ediləcək.

Yeni adlandırma qaydası versiya nömrələri arasındakı fərqləri aradan qaldıracaq və sistemlər arasında uyğunluğu təmin edəcək. Bununla yanaşı, ad dəyişikliyi həm də planlaşdırılan dizayn yenilənməsi ilə bağlıdır.

Apple bütün platformalarda visionOS üslubunda vahid interfeys təqdim etməyə hazırlaşır. Bu, iOS-dan watchOS-a kimi bütün sistemləri əhatə edəcək.

Yenilənmiş adlandırma sxeminin 9 iyun tarixində WWDC sərgisi çərçivəsində rəsmən təqdim olunacağı gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.