“Apple” rekord zərərlə ili başa vura bilər

Apple
Apple

ABŞ prezidenti Donald Trampın Çinə qarşı tətbiq etdiyi gömrük tarifələrinin doğurduğu qeyri-müəyyənlik davam etdiyi bir vaxtda “Apple” 2024-cü ilin ikinci rübünə dair maliyyə nəticələrini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, rəqəmlər şirkətin hazırkı vəziyyətinin ümumilikdə sabit olduğunu göstərsə də, gələcək üçün qeyri-müəyyənliklər davam edir.

“Apple”ın baş direktoru Tim Kukun sözlərinə görə, Tramp administrasiyasının tarifləri hələlik şirkətə ciddi təsir etməyib. Bunun əsas səbəbi olaraq şirkətin tədarük zəncirini və stok idarəçiliyini əvvəlcədən optimallaşdırması göstərilir. Kuk bildirib ki, bu tədbirlər çərçivəsində Hindistan və Braziliyadakı istehsal gücü artırılıb və gömrük vergiləri tətbiq olunmazdan əvvəl Hindistandan ABŞ-a 600 tondan çox “iPhone” göndərilərək böyük ehtiyat yaradılıb.

Lakin bu ehtiyatlar məhduddur və tükəndikdən sonra tariflərin real təsirləri daha açıq şəkildə hiss oluna bilər. Beləliklə, “Apple” gələcəkdə bu təzyiqlərə daha çox məruz qala bilər.

Tramp administrasiyası daha əvvəl smartfon və kompüterlərin tariflərdən azad ediləcəyini bəyan etmişdi, lakin bu qərarın da sabitliyi təmin olunmayıb və istənilən an dəyişə bilər.

“Apple”ın apardığı risk təhlillərinə görə, gömrük tariflərinin şirkətə təxmini maliyyə zərəri 1 milyard dollar təşkil edir. Bu məbləğ nisbətən böyük görünsə də, texnologiya nəhənginin ümumi maliyyə göstəriciləri fonunda əhəmiyyətsiz hesab olunur.

Lakin ABŞ və Çin arasında ticarət gərginliyi dərinləşərsə və tariflər daha sərt formada tətbiq olunarsa, bu, istehlakçılara da təsir edə bilər. Belə bir ssenaridə ABŞ-da satılan “iPhone“ların qiyməti nəzəri baxımdan 10 min, hətta 20 min dollara çata bilər. Bu da yalnız “Apple”ı deyil, bütün smartfon sənayesini sarsıdan nəticələr doğura bilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.