Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Aprel ayı üçün hava proqnozu

User 31 Mart 2024 - 11:45 (Last updated: 21 May 2025 - 20:15)
bahar

2024-cü ilin aprel ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aprel ayı ilin soyuq dövrünün yekunlaşdığı, isti dövrünün başladığı ay kimi xarakterizə olunur. Buna görə aprel ayı ölkə ərazisində daha dinamik, dəyişkən hava şəraiti hakim olur. “Çoxillik müşahidə məlumatlarına əsasən qeyd edə bilərik ki, aprel ayında isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə daxil olması nəticədə qısa zaman müddətində kəskin temperatur və təzyiq fərqləri yaranıb, bəzi günlərdə temperatur normanı aşdığı halda, bəzi günlərdə hava şəraiti qeyri-sabit, yağıntılı olub.

Bu ilin aprel ayında havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı isə əsasən iqlim normasına yaxın, lakin bəzi ərazilərdə normadan bir qədər çox olacağı ehtimal olunur”, – deyə Xidmətin məlumatında bildirilib.

Qeyd olunub ki, ayın ilk günlərində əksər rayonlarda hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı istisna edilmir. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan MR-də havanın orta aylıq temperaturu 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi yerlərdə 14 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın, lakın bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.

Qarabağ və Daşkəsən-Gədəbəy bölgələrində havanın orta aylıq temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir.

Şərqi Zəngəzur bölgəsində havanın orta aylıq temperaturunun 9-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, dağlarda bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə hətta 19-24 dərəcə isti, dağlarda 12-17 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir.

Qazax-Gəncə bölgəsində havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Balakən-Şəki, Quba-Qusar və Dağlıq Şirvan bölgələrində havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Mərkəzi Aran bölgəsində havanın orta aylıq temperaturunun 12-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Lənkəran-Astara bölgəsində havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, dağlarda bəzi günlərdə 0-4 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Post navigation

Previous: TikTok-da yayılmış saxta müharibə və şəhid xəbəri ilə bağlı tədbirlər görülür –
Next: Sumqayıtda 13 yaşlı uşaq narkotikdən ölüb

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.