Aprel ayı üzrə ünvanlı dövlət sosial yardımları ödənilib

23 Aprel 2021 - 19:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşdırılıb.

Fonddan verilən məlumata görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.