Aprel ayı üzrə pensiya, müavinət və kompensasiyaların ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu aprel ayı üzrə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişini təmin edib.

Fonddan Azpost.info-ya verilən məlumata görə, aprelin 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 15-də bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, aprelin 22-də müavinət, təqaüd və kompensasiyalar, aprelin 23-də isə ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər vətəndaşların hesablarına köçürülüb.

Beləliklə, aprel ayı üzrə yuxarıda qeyd olunan ödənişlərin qrafikdən əvvəl həyata keçirilməsi təmin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda toyuqları rəngləyib satan sex aşkarlanıb –

Sonrakı məqalə

Aprel ayı üzrə ünvanlı dövlət sosial yardımları ödənilib