Apreldən “Bakı-Tbilisi” sərnişin qatarı fəaliyyətə başlayır

Bakı-Tbilisi
Bakı-Tbilisi

Aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatarı istifadəyə veriləcək. AzPost bildirir ki, bu barədə hökumətdəki mənbələrdən Gununsesi.info-ya məlum olub.

Azərbaycan və Gürcüstanın  müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.

Məlumata görə, aprel ayından etibarən Bakı-Tblisi-Bakı qatarı yenidən fəaliyyətə başlayacaq.

Sərnişindaşıma İsveçrənin Stdadler qatarları vasitəsilə həyata keçiriləcək.

Əlavə olaraq oxu:

Tikintisi 2007-ci il noyabrın 27-də başlayan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin təntənəli açılışı 2017-ci il oktyabrın 30-da olub. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan BTQ-nin fəaliyyəti Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.