Aprelin 4-dən etibarən Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını dayandırır.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Federal Hava Nəqliyyatı Agentliyi bütün beynəlxalq sərnişin uçuşları üçün icazələri ləğv edib. Beləliklə, aprelin 4-ü saat 00:00-dan etibarən bütün xarici uçuşlar dayandırılacaq.
Məlumatda o da bildirilib ki, xaricdəki Rusiya vətəndaşlarının ölkəyə gətirilməsi də dayandırılır.